Üçü DÇ-də 21 qol vurub
Norveç millisinin ulduzu Erlinq Haaland dünya çempionatının 1/8 finalında Braziliyaya 2 qol vurmaqla bombardirlik mübarizəsində şərikli liderliyə yüksəlib. “Qafqazinfo” xəbər verir ki, o, Argentina yığmasının kapitanı Lionel Messi və Fransa millisinin kapitanı Kilian Mbappe kimi rəqib qapılarına 7 dəfə yol tapıb. Onların arasında gərgin mübarizənin sona kimi bu cür davam edəcəyi də gözlənilir.

Şərh verin