Bu dəfə Haaland “dirijorluq” etdi — Video+Fotolar

Norveç milli komandası dünya çempionatının 1/8 finalında Braziliya üzərində 2:1 hesablı qələbəni məşhur vikinqlərin avarçəkmə hərəkəti ilə qeyd edib. “Qafqazinfo” xəbər verir ki, futbolçular meydanda, azarkeşlər isə tribunada bu hərəkəti təkrarlayıb. Bu dəfə futbolçulara oyunda 2 qol vuran Erlinq Haaland “dirijorluq” edib. Həmişə isə bunu kapitan Martin Edeqor yerinə yetirirdi.