Partlayışda ölən qız imtahandan yüksək bal toplayıbmış
Bakının Yasamal rayonunda baş verən partlayışda ölən gənc qız bir neçə gün əvvəl ali məktəbə qəbul imtahanı veribmiş. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Zəhra İsrafilova imtahandan 500-dən yuxarı bal toplayıbmış. Məlumata görə, qız yaxın günlərdə ixtisas seçimi edəcəkmiş. Qeyd edək ki, iyunun 4-də səhər saatlarında Bakının Yasamal rayonu, Ümid Əkbərov küçəsində ikimərtəbəli evdə partlayış baş verib. Hadisə nəticəsində 2010-cu il təvəllüdlü Zəhra İsrafilova dünyasını dəyişib, üç nəfər ailə üzvü isə dağıntılar altından sağ çıxarılıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin