Sabah Balaxanıda qaz olmayacaq
Sabah Bakının bir hissəsində qaz olmayacaq. Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilir ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Balaxanı qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin