HƏMAS-ın Qəzza zolağını idarə edən orqanı buraxıldı
Fələstinin HƏMAS hərəkatı təxminən iki onillik ərzində Qəzza zolağını idarə edən orqanın buraxıldığını elan edib. “Qafqazinfo” “Agence France-Presse” nəşrinə istinadən xəbər verir ki, ləğv edilən orqanın səlahiyyətləri xüsusi olaraq yaradılmış Qəzza Milli İdarəetmə Komitəsinə ötürüləcək. “Fövqəladə hökumət komitəsinin rəhbəri Məhəmməd əl-Fərra rəsmi olaraq istefa verdi... Həmçinin Qəzza Milli İdarəetmə Komitəsinə inzibati və dövlət keçidinə kömək etmək üçün komitənin buraxılması barədə qərar qəbul edildi”, - HƏMAS hökumətinin Mətbuat xidmətinin rəhbəri İsmail əl-Tavabtə bildirib. Qeyd edək ki, Qəzza Milli İdarəetmə Komitəsi ABŞ Prezidenti Donald Trampın HƏMAS və İsrail arasında atəşkəs sazişinin imzalanmasına vasitəçilik etməsindən sonra təsis etdiyi Sülh Şurası tərəfindən yaradılıb.

Şərh verin