Suraxanıda su xəttindəki qəza aradan qaldırıldı

Suraxanı rayonunda su xəttindəki qəza aradan qaldırılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, bina 29, D massivi ünvanında diametri 110 mm olan içməli su xəttində baş vermiş qəza barədə məlumat rayon sukanal idarəsinə daxil olan kimi əməkdaşlar əraziyə cəlb olunublar və qəza dərhal aradan qaldırılıb. Görülən işlər zamanı su təminatında fasilə yaranmayıb.