"Qəbələ" böyük hesabla "Kəpəz"ə qalib gəldi

Misli Premyer Liqasında 5-ci tur davam edir. Milli.Az xəbər verir ki, 2-ci oyun gününə 2 matç nəzərdə tutulub. Əvvəlcə "Qəbələ" öz meydanında "Kəpəz"lə qarşılaşıb. Görüş "qırmızı-qaralar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda "Sabah" "Turan Tovuz"la üz-üzə gələcək. Bu matç isə saat 19:30-da start götürəcək. 20 sentyabr 17:00. "Qəbələ" - "Kəpəz" - 3:0 Qollar: Adriel Ba Loua, 44; Prins Ovusu, 59, 67 Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev VAR: Nicat İsmayıllı AVAR: Şirmamed Mamedov Qəbələ şəhər stadionu 19:30. "Sabah" - "Turan Tovuz" Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov VAR: Rəşad Əhmədov AVAR: Əli Əliyev "Bank Respublika Arena" 21 sentyabr 17:00. "Araz-Naxçıvan" - "Qarabağ" 19:30. "Sumqayıt" - "Neftçi" 19 sentyabr "Zirə" - "Şamaxı" - 2:1 "Karvan-Yevlax" - "İmişli" - 0:3 Bombardirlər: Olabe Roberto ("Turan Tovuz") - 2 qol Coy-Lens Mikels ("Sabah") - 2 qol Ceyhun Nuriyev ("Zirə") - 2 qol İssa Cibrila ("Zirə") - 2 qol Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol Milli.Az