Bakıda 40 yaşlı kişi küçədə öldü
Bakıda 40 yaşlı kişi küçədə ölüb. Milli.Az xəbər verir ki, hadisə iyulun 6-sı saat 20 radələrində paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində baş verib. Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Toğrul Azər oğlu Məmmədov küçədə infarkt keçirib. O, hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin