Salyanda 34 yaşlı qadın xəstəxanada öldü
Salyan rayonunda 34 yaşlı qadın ölüb. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, hadisə iyulun 6-da axşam saatlarında baş verib. Rayonun Qarabağlı kənd sakini 1992-ci il təvəllüdlü Aygül Vəliyeva evində olarkən qan təzyiqi qəfil düşüb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. A.Vəliyeva xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin