Zakir Həsənov Aqil Qurbanova medal təqdim etdi — Fotolar

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Z.Həsənovun müvafiq Əmrinə əsasən, müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”, general-mayor Elmir İbrahimov “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə “Şücaətə görə” medalı ilə təltif olunublar. “Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin!