İcra başçısı özünə birinci müavin təyin etdi - (Foto)
Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub. Milli.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Usubov müvafiq sərəncam imzalayıb. Sənədlə birinci müavin vəzifəsinə Elman İmamverdiyev təyin edilib. Qeyd edək ki, E.İmamverdiyev 1984-cü ildə Şəki şəhərində anadan olub. O, bu təyinatadək başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin