Portuqaliyanın baş məşqçisi Ronaldodan qorxurdu? — Video

Ötən gün dünya çempionatının 1/8 finalında İspaniyaya uduzaraq mübarizəni dayandıran Portuqaliya yığmasının baş məşqçisi Roberto Martinezlə bağlı maraqlı görüntülər ortaya çıxıb. “Qafqazinfo” xəbər verir ki, ispaniyalı mütəxəssisin komandanın ulduzu Kriştianu Ronaldodan qorxduğu iddia edilib. Belə ki, ispanlarla oyunun su fasiləsində Martinez Ronaldoya yaxınlaşaraq tapşırıqlarını vermək istəyib. Kriştianu isə əli ilə işarə edərək ona yaxın gəlməməsini bildirir. Baş məşqçi də onun göstərişinə əməl edərək uzaqlaşır. Elə mundialın gedişində də Ronaldonun Portuqaliya yığmasına kömək edə bilməməsi tez-tez müzakirə mövzusuna çevrilirdi. Onun hər oyunda 90 dəqiqə olmasının səbəbi kimi də baş məşqçi Roberto Martinezin ulduz futbolçudan qorxması ilə əlaqələndirirdilər. Qeyd edək ki, Roberto Martinez ötən günkü məğlubiyyətdən sonra istefa verib.