"Türkiyəyə qarşı sanksiyalar ləğv ediləcək"
ABŞ Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasına görə əvvəllər tətbiq etdiyi birtərəfli sanksiyaları ləğv etməyi planlaşdırır. Milli.Az Trend -ə istinadən bildirir ki, bu barədə Türkiyədə rəsmi səfərdə olan ABŞ Prezidenti Donald Tramp bildirib. "Deyə bilərəm ki, biz sanksiyaları ləğv edəcəyik", - deyə o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş zamanı bildirib. Qeyd edək ki, ABŞ və Türkiyə liderləri arasında danışıqlar Ankarada NATO Sammiti çərçivəsində keçirilir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin