Son 1/4 finalçı bu matçda müəyyənləşəcək

Dünya çempionatının 1/8 final mərhələsinə bu gecə yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, son oyunda İsveçrə və Kolumbiya üz-üzə gələcək. Bununla da son 1/4 finalçı müəyyənləşəcək və bu mərhələdəki bütün cütlərin adına aydınlıq gələcək. Qarşılaşma Bakı vaxtilə saat 00:00-da başlayacaq. DÇ-2026 1/8 final 00:00. İsveçrə - Kolumbiya.