Tbilisiyə qatar biletlərində endirim olacaq?

“Hazırda biletlərlə bağlı xüsusi endirim kampaniyalarının tətbiqi müzakirə olunmur”. “Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Satışa təqdim edilən minimal tariflər sərnişinlər üçün ən əlverişli qiymətlər hesab olunur” - o əlavə edib. Qeyd edək ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gedişhaqqı 79,5 AZN,Gəncədən isə 58.20 AZN-dir. Lamiyə Məmmədova