Aeroportda türkiyəli əsgərləri belə salamladı — Video
Hazırda Türkiyədə səfərdə olan ABŞ Prezidenti Donald Trampın fəxri qarovulun əsgərlərini türkcə salamlaması diqqət çəkib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Trampın Ankara hava limanında rəsmi qarşılama mərasimi zamanı baş verib. Belə ki, təyyarədən eniş edən ABŞ liderini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. İki dövlət başçısı arasında qısa söhbətdən sonra fəxri qarovula yaxınlaşan Tramp hərbçiləri türkcə “Merhaba, asker” deyərək salamlayıb. Ərdoğan ABŞ liderinin bu jestini alqışla qarşılayıb. Qeyd edək ki, bu, ABŞ-dən prezident səviyyəsində Türkiyəyə son 11 ildə ilk səfərdir. Sonuncu dəfə 2015-ci ildə Türkiyəyə ABŞ-nin ovaxtkı dövlət başçısı Barak Obama səfər etmişdi. Bu, G20-nin Antalya Zirvəsi çərçivəsində baş tutmuşdu. Onu da bildirək ki, Türkiyədə bu gün NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü öz işinə başlayıb. Tədbir sabah da davam edəcək.

Şərh verin