“Qəbələ”nin futbolçuları çayda belə dincəldi — Fotolar

“Qəbələ”nin futbolçuları rayondakı çaylardan birində istirahət ediblər. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı klubun rəsmi səhifəsi fotolar paylaşıb. Belə ki, onlar təlim-məşq toplanışından sonra çaya giriblər. Paylaşıma isə bu sözlər yazılıb : “İsti hava, gərgin məşq və ardından çayın sərinliyi...Bərpanın ən təbii yolu”. Bu paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Qəbələ Misli Premyer Liqasının 2025-2026 mövsümünü 11-ci yerdə başa vurub. Sözügedən fotoları təqdim edirik: