Azərbaycan "Metrik Konvensiya"sına qoşulub
Azərbaycan "Metrik Konvensiya"sına qoşulub. Milli.Az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub. Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1875-ci il mayın 20-də Paris şəhərində imzalanmış "Metrik Konvensiya"ya qoşulması barədə qanunu imzalayıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin