Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib
Prezident İlham Əliyev 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib. Milli.Az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub. Sənədə əsasən, 2025-ci il dövlət büdcəsinin icrası gəlirlər 39 184 560,9 min manat, xərclər 38 604 559,6 min manat məbləğində olmaqla təsdiq edilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin