"Hüseyn maşınıma benzin vuranda bitmir, daha bərəkətlidir"

Aktrisa Gültac Əlili efirdə səsləndirdiyi səmimi etirafı ilə diqqət çəkib. Sənətçi həyat yoldaşı və həmkarı Hüseyn Əlili haqqında danışarkən maraqlı fikirlər səsləndirib. Milli.Az-ın məlumatına görə, Gültac "İncə səhər"də bildirib ki, qazandığı məbləğ nə qədər çox olsa da, həyat yoldaşının ona verdiyi pulun daha bərəkətli olduğunu hiss edir. Aktrisa bunu maraqlı nümunə ilə izah edərək deyib ki, öz pulu ilə avtomobilinə yanacaq doldurduqda benzin qısa müddətdə tükənir. Lakin Hüseyn Əlilinin aldığı yanacaqla daha çox yol qət etdiyini dilə gətirib: "Yəqin ki, mənimlə çox xanımlar razılaşacaq. İnanın ki, nə qədər çox qazansam da, Hüseynin mənə verdiyi minimal məbləğ belə elə bərəkətli olur ki... Məsələn, öz puluma maşınıma benzin vuranda teatra çatanda benzin bitir. Ərim vuranda isə haralara gedirəm, bitmir. Sağ olsun da, hər dəfə vurmur ki, benzin qurtarmasın da...". Sənətçinin səmimi və yumor dolu etirafı studiyada gülüşlə qarşılanıb. Gültac Əlilinin bu sözləri sosial şəbəkələrdə də geniş yayılıb və izləyicilər arasında maraqlı müzakirələrə səbəb olub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)