Generala yüksək vəzifə verildi

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub. “Qafqazinfo” “Bakupost”a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub. “Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin! Qeyd edək ki, Azər Əliyev 2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi təyin olunmuşdu.