Tramp: "Harri Keynlə qolf oynamışıq"

ABŞ Prezidenti Donald Tramp İngiltərə millisinin hücumçusu Harri Keyn haqqında maraqlı açıqlaması ilə diqqət çəkib. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində baş tutan Meksika - İngiltərə qarşılaşmasını izlədiyini və ingilis hücumçunun performansını yüksək qiymətləndirdiyini bildirib. Tramp qeyd edib ki, Harri Keynlə əvvəllər birlikdə qolf oynamaq imkanı əldə edib və futbolçu haqqında müsbət fikirdədir. "Harri Keyn əla oyunçudur. Mən onunla qolf oynamışam və onu çox bəyənirəm. O, həm də kifayət qədər yaxşı qolfçudur", - deyə ABŞ Prezidenti bildirib. Qeyd edək ki, dünya çempionatının 1/8 final mərhələsində İngiltərə millisi Meksikanı 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Harri Keyn həmin görüşdə komandasının qol müəlliflərindən biri olub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)