İyul ayı üzrə pensiyalar bu tarixdə veriləcək (Özəl)

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların veriləcəyi tarix məlum olub. Milli.Az-ın özəl əldə etdiyi məlumata görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar iyul ayının 14-də veriləcək. Bölgələr üzrə pensiyaların dəqiq hansı tarixdə veriləcəyi ilə bağlı isə hələki dəqiq məlumat yoxdur. Qeyd edək ki, ötən ay Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar iyunun ayının 12-də ödənilmişdi. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)