Cenk Tosunun yeni klubu bəlli oldu

"Fənərbağça"dan ayrılan Cenk Tosunun yeni klubu məlum olub. Milli.Az Trend -ə istinadən bildirir ki,  azad agent statusunda olan 35 yaşlı hücumçu "Fatih Karagümrük"lə anlaşıb. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb. Təcrübəli forvard yaxın günlərdə I Liqada mübarizə aparan İstanbul klubu ilə müqavilə imzalayacaq. Qeyd edək ki, Cenk Tosun 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Kasımpaşa"da çıxış edib. Türkiyə millisinin sabiq üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)