Rahidə Baxışova müflis oldu

Müğənni Rahidə Baxışova etirafı ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, sənətçinin qurduğu biznesi uğursuz olub. O, bu barədə "Bir gün" verilişində danışıb: Uşaq geyimləri mağazası açmışdım. Sənət adamlarının ikinci işi, biznesi olmalıdır. İş olmayanda başqa mənbə olmalıdır ki, gəlir əldə edə biləsən. Amma demək olar ki, müflis oldum". Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)