Benzia ərəb klubundan ayrıldı
"Qarabağ"ın sabiq futbolçusu Yassin Benzia Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Feyha" ilə yollarını ayırıb. Milli.Az report -a istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti yenilənməyib. Xatırladaq ki, Yassin Benzia 2023-cü ilin yanvarından 2025-ci ilin yayınadək "Qarabağ"ın formasını geyinib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin