“Sabah” ilk oyunda qalib gəldi — Yenilənib+Video

Bu gün UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümünə start veriləcək. “Qafqazinfo” xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Sabah” mübarizəyə doğma meydanda başlayacaq. Ölkə çempionu I təsnifat mərhələsinin ilk oyununda Bakıda Uelsin TNS komandasını qəbul edəcək. Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı Polşa Futbol Federasiyasından FIFA dərəcəli baş hakim Patrik Qritskeviç idarə edəcək. “Sabah”ın heyətində yalnız zədəli Xəyal Əliyev bu görüşdə iştirak edə bilməyəcək. Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Ozuestri şəhərində təşkil olunacaq. Bu cütün qalibi II raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) duelinin güclüsü ilə qarşılaşacaq. *** Komandaların start heyətləri açıqlanıb: “Sabah”: Pokatilov (k), Solve, Daşdəmirov, Zedadka, Puhaç, Rəhmonəliyev, Lepinitsa, İsayev, V. Simiç, Mikels, Maluda Ehtiyat oyunçular: Ramazanov, Mirzəmmədov, McCarthy, Xaybulayev, Perris, Rüstəmli, Mutəllimov, Laşaab, Almeida Santos Junior, Severina, Rodriqu Fernandes, Mbina. TNS: Şepperd, Redmond (k), Bodenem, Simeu, D. Uilyams, Farrell, Korness, Smit, Klark, C. Uilyams, Hyuz. Ehtiyat oyunçular: Edvards, Godwin, Brobbel, Qodsmark-Ford, D. Devis, Nolan, Nədin, Fillips, Kənavan, Vullem, Lok. *** Matç başladı. *** İlk hissə 0:0 başa çatdı. *** İkinci hissə başladı. *** “Sabah” hesabı açdı. Simiç 66-cı dəqiqədə fərqləndi. *** “Sabah” hesabı 2:0 edir. 84-cü dəqiqədə Kahim Parris fərqləndi. *** “Sabah” azlıqda qalır. Stiv Solvet 90+2-ci dəqiqədə qırmızı vərəqə aldı. *** Matç bitdi. “Sabah” UEFA Çempionlar Liqasında ilk oyunundan qələbə ilə ayrılır.