Sabirabadda güllələnmiş kişi meyiti tapıldı

Sabirabadda güllələnmiş kişi meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Sərxanbəyli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Cavid Abdullayevin üzərində güllə yarası olan meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır. Surxay Şahbazov