Şüvəlanda dənizdən gəncin meyiti tapıldı

7 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. Milli.Az xəbər verir ki, 1998-ci il təvəllüdlü Adıgözəl Ehtibar oğlu Mustafayevin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)