Həkəri çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam edir
4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batdığı ehtimal edilən 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun axtarışları davam etdirilir. Milli.Az xəbər verir ki, axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Şərh verin