Astaranın yeni baş memarı odur

Astara Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar təyinatı olub. Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki,  bununla bağlı icra başçısı sərəncam imzalayıb. Belə ki, Azər Əhmədov Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri (baş memar) vəzifəsinə təyin olunub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)