"Yasemince" serialının aktrisası insult keçirdi
Türkiyənin tanınmış aktrisası Ruhsar Gültekinin səhhəti ilə bağlı üzücü xəbər yayılıb. Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 90-cı illərdə rol aldığı "Yasemince" serialı ilə geniş tamaşaçı sevgisi qazanan 62 yaşlı sənətçinin beyin qanaması keçirdiyi bildirilib. Məlumata görə, Ruhsar Gültekin İstanbulun Küçükçekmece rayonundakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Aktrisanın əməliyyat olunduğu və hazırda reanimasiya şöbəsində həkim nəzarəti altında müalicəsinin davam etdiyi qeyd olunub. Kədərli xəbəri aktrisa Parla Şenol sosial media hesabında paylaşıb. "Beyin qanamasından sonra əməliyyat olundu və indi reanimasiyadadır... Çox üzgünəm..." - deyə Parla Şenol paylaşımında yazıb. Hazırda Ruhsar Gültekinin səhhəti ilə bağlı əlavə məlumat verilməyib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin