Messi: "Özümə çox əsəbiləşmişdim"
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın 1/8 finalında Misir üzərində qazanılan 3:2 hesablı qələbədən danışıb. Milli.Az Qol.az-a istinadla xəbər verir ki, 39 yaşlı forvard sevincindən ağladığını deyib: "Bu, sevinc və rahatlıq göz yaşları idi. Çünki mübarizəni davam etdirmək istəyirdik. Oyunda baş verənlərə və qələbə üçün gördüyümüz bütün işlərə görə belə hisslər keçirdim. Penaltini dəqiq yerinə yetirə bilmədiyimə görə özümə çox əsəbiləşmişdim. 0:2 hesabı ilə geridə olduğun halda oynamaq heç də asan deyil". Qeyd edək ki, Argentina Misirlə görüşdə 0:2 hesabı ilə geridə olsa da, yekunda 3:2 hesablı əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Argentina növbəti mərhələdə İsveçrə ilə qarşılaşacaq. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin