Azərbaycanla Əlcəzair arasında birgə komissiyanın tərkibi təsdiq edildi

Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilib. Milli.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Komissiyanın Azərbaycan tərəfindən aşağıdakı tərkibi təsdiq edilib: Komissiyanın həmsədri Azərbaycan Respublikasının energetika naziri Komissiyanın üzvləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)