Sabunçuda ər-arvadın meyitləri tapıldı — Yenilənib

Bakıda mənzildən kişi və həyat yoldaşının meyitləri tapılıb. “Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 3 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. İlkin ehtimala görə, qəsəbə sakini 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib. O, daha sonra özünü də öldürüb. Faktla bağlı araşdırma aparılır. *** Hadisənin təfərrüatı məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cütlüyün yaxınları gecə saat 03-dək onlardan xəbər tuta bilməyib. Mənzilə baxış keçirilərkən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırovun meyiti yaşadığı Yeni Ramana qəsəbəsindəki evin zirzəmisində, arvadı 1985-ci il təvəllüdlü Nubar Kərim qızının meyiti isə otaqda tapılıb. Qadının boyun nahiyəsində bıçaq xəsarətləri aşkar edilib. Bildirilib ki, o, arvadını qətlə yetirdikdən sonra zirzəmiyə enərək həyatına son qoyub. C.Bağırovun əvvəllər narkotik maddələrlə bağlı məhkumluq həyatı yaşadığı məlum olub. Faktla bağlı Sabunçu Rayon Prokurluğunda araşdırma aparılır.