"“TikTok”da bir nömrə mənəm"
ABŞ Prezidenti Donald Trump NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Sammiti çərçivəsində alyansın baş katibi Mark Rutte ilə keçirdiyi görüş zamanı sosial media platforması "TikTok" barədə diqqətçəkən açıqlama verib. Milli.Az xəbər verir ki, o bildirib ki, son statistik göstəricilərə əsasən platformada ən populyar hesabın özünə məxsus olduğunu düşünür. Trampın sözlərinə görə, əvvəllər "TikTok" haqqında müxtəlif tənqidi fikirlər səsləndirilsə də, hazırkı rəqəmlər fərqli mənzərə ortaya qoyur. ABŞ lideri qeyd edib ki, hesabının ümumilikdə 4 milyard baxış topladığını və platformada ən çox izlənilən şəxs olduğunu iddia edir. O əlavə edib ki, bu göstəricilər insanların hansı məsələlərə daha çox önəm verdiyini göstərir və prioritetlərin düzgün müəyyənləşdirilməsinin vacibliyini ortaya qoyur. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Şərh verin