Rusiya Baltikyanı ölkələri xəbərdar edib

Baltikyanı ölkələr öz ərazilərində nüvə silahı yerləşdirəcəkləri təqdirdə Rusiya tərəfindən cavab tədbirləri ilə üzləşəcəklər. Milli.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib. "Bu qərarı qəbul edən ölkələrin gözləntilərinin əksinə olaraq, belə addım onların təhlükəsizliyini artırmayacaq", - deyə Peskov Vilnüsün öz ərazisində nüvə silahının yerləşdirilməsinə icazə verilməsi proseduruna başlamaq qərarını şərh edərkən bildirib. "Əksinə, bu, onlar üçün təhlükə səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Çünki öz maraqlarımızı qorumaq üçün belə ölkələrə münasibətdə cavab tədbirləri görüləcək", - deyə o xəbərdarlıq edib. Qeyd edək ki, iyulun 3-də Litva parlamentində ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)