DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
Argentina - Misir qarşılaşmasını idarə edən fransalı referi Fransua Leteksye ilə bağlı qərar verilib. Milli.Az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Baş hakimin dünya çempionatının qalan oyunlarında vəzifəsindən kənarlaşdırılması gözlənilmir. Turnirin təşkilat komitəsi və hakimlik korpusu onun idarəçiliyindən razı qalıb və Leteksye DÇ-2026-nın növbəti mərhələlərində də oyunlara təyinat almağa davam edəcək. (Offsideplus.az) Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin