“Sabah” Çempionlar Liqasının son qalibi ilə eyni qrupda
Azərbaycan çempionu “Sabah” Basketbol Klubunun FIBA Çempionlar Liqasının 2026/27 mövsümündəki rəqibləri müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, iyulun 8-də İsveçrənin Mies şəhərində yerləşən Patrik Baumann Basketbol Evində keçirilən püşkatma mərasimində üçüncü səbətdə yer alan “Sabah” BK müntəzəm mövsümün “A” qrupunda mübarizə aparacaq. Komandamız qrup mərhələsində aşağıdakı klublarla qarşılaşacaq: “Rytas Vilnius” — Litva “Nanterre 92” — Fransa “Sabah” BK — Azərbaycan “Trabzonspor” — Türkiyə “Sabah”ın qrupdakı ən titullu rəqibi “Rytas Vilnius”dur. Litva klubu FIBA Çempionlar Liqasının son qalibidir. Qrupun qalibi birbaşa ən güclü 16-lığa vəsiqə qazanacaq. İkinci və üçüncü yerləri tutan komandalar isə yan qrupun müvafiq təmsilçiləri ilə 3 oyunluq seriyada 2 qələbəyədək davam edən “Play-In” mərhələsində üz-üzə gələcəklər.

Şərh verin