Tanınmış akademik vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Əjdər Məcidov 88 yaşında vəfat edib. Milli.Az APA -ya istinadən bildirir ki,  akademik bu gün səhər saatlarında vəfat edib. Qeyd edək ki, Əjdər Məcidov 1966-cı ildə kimya üzrə fəlsəfə doktoru və 1984-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1985-ci ildə isə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)