İlham Əliyev iqtisadiyyat nazirinə yeni səlahiyyət verdi

Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib. Milli.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla komissiyanın Azərbaycan tərəfindən sədri dəyişib. Belə ki, iqtisadiyyat nazirinin müavini Anar Axundovu iqtisadiyyat naziri ilə əvəz edilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)