Maşınların düşdüyü quyu ilə bağlı açıqlama — Foto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində - Dənizkənarı yolun kənarında qazılmış kanalizasiya quyusuna avtomobillərin düşməsi ilə bağlı açıqlama yayıb. Qurumdan “Qafqazinfo”ya bildirilib ki, Pirşağı qəsəbəsi ərazisində dənizkənarı yol boyunca Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi icra olunur. “Tikinti aparılan ərazidə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, tikinti sahəsi mühafizə zolaqları və xəbərdarlıq nişanları ilə təmin edilib. Bəzi media orqanlarında və sosial şəbəkələrdə paylaşılan Pirşağı qəsəbəsi ərazisində gecə saatlarında baş vermiş nəqliyyat hadisələri ilə əlaqədar araşdırma və rəsmi açıqlama üçün müvafiq quruma müraciət etməyiniz tövsiyə olunur”, - məlumatda vurğulanıb.