Həmin quyuya daha bir maşın düşdü — Video

Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində - Dənizkənarı yolun kənarında qazılmış kanalizasiya quyusuna daha bir avtomobil düşüb. “Qafqazinfo” xəbər verir ki, sutkanın qaranlıq vaxtı həmin quyuya “Toyota Aqua” markalı avtomobil düşüb. Qəzaya uğrayan minik avtomobili quyudan xüsusi kran vasitəsilə çıxarılıb. Qeyd edək ki, bir neçə gün əvvəl də qeyd edilən quyuya avtomobil düşmüşdü. Sözügedən görüntüləri təqdim edirik: