16 yaşlı Vüsalın da meyiti tapıldı — Foto

İyulun 6-sı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Maarif oğlunun meyiti batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib.