Taxılla dolu TIR belə yandı — Video

Ötən gün Oğuz rayonunda yük avtomobili yanıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisindəki taxıl zəmisində qeydə alınıb. Biçindən sonra taxılla yüklənmiş TIR alovlanmağa başlayıb. Nəticədə yük maşını tamamilə yanaraq yararsız hala düşüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. *** Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, “MAN” markalı yük avtomobilinin kabinə hissəsində baş vermiş yanğın yük hissəsinə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində yük avtomobilinin kabinə hissəsi və ön təkərləri yanıb. Avtomobilin qalan hissəsi, yük yerinə yığılmış 25 ton buğda və əkin sahəsi yanğından mühafizə olunub