Ən çox onun baxışları müzakirə olundu — Fotolar - Video
İslandiyanın Baş naziri Kristrun Frostadottir NATO Zirvəsi çərçivəsində Ankarada keçirilən rəsmi tədbirlərdə diqqət mərkəzinə düşüb. “Qafqazinfo” xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Prezident Kompleksində təşkil olunan rəsmi qəbul zamanı Frostadottirin Beştəpəyə daxil olarkən ətrafı maraqla izləməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 38 yaşlı siyasətçi rəsmi avtomobildən düşdüyü andan Prezident Kompleksinin memarlığına və ətraf mühitə diqqətlə baxması ilə kameralara tuş gəlib. Onun bu anları qısa müddətdə sosial mediada geniş yayılıb. Baş nazirin görüntüləri NATO Zirvəsinin ən çox müzakirə edilən mövzularından olub. NATO Zirvəsində iştirakını başa vuran Frostadottir daha sonra Ankara Qalasını da ziyarət edib. Baş nazir əvvəlcə qala yaxınlığındakı restoranlardan birində nahar edib, daha sonra tarixi qala ərazisini gəzərək şəhər mənzərəsini seyr edib. Ziyarət zamanı yerli sakinlər və dükan sahibləri ilə söhbət edən Frostadottir ənənəvi qaşıq musiqisi ilə qarşılanıb. Qala turunun sonunda o, Ankara panoramasını izləyib, xatirə şəkilləri çəkdirib və yerli sənətkarlarla görüşərək səfərini başa vurub.

Şərh verin