18-i ərini, 2-si isə xanımını təmsil etdi — Fotolar
Türkiyənin birinci xanımı Əminə Ərdoğan NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Sammitində iştirak etmək üçün Ankaraya səfər etmiş NATO ölkələri liderlərinin həyat yoldaşlarını qəbul edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının saytında məlumat paylaşılıb. Ötən gün Çankaya sarayında baş tutan qəbul zamanı Əminə Ərdoğan liderlərin həyat yoldaşları ilə birlikdə “Uşaqlar, texnologiyalar və təhlükəsizlik: gələcək nəslin qorunması” mövzusunda dəyirmi masa müzakirəsində iştirak edib. Görüşə Fransa liderinin həyat yoldaşı Bricit Makron, Litva Prezidentinin həyat yoldaşı Diana Nausedene, Finlandiya Prezidentinin həyat yoldaşı Süzanna Elizabet İnnes-Stubb, Rumıniyanın birinci xanımı Mirabela Qredinaru, Polşa Prezidentinin həyat yoldaşı Marta Navrotskaya, Ukraynanın birinci xanımı Yelena Zelenskaya, Koreya Respublikası Prezidentinin həyat yoldaşı Kim He Gön, Sloveniya Baş nazirinin həyat yoldaşı Urşka Baçovnik Yanşa, Albaniya Baş nazirinin həyat yoldaşı Linda Rama, Çexiya Baş nazirinin həyat yoldaşı Monika Babişova, Yunanıstan Baş nazirinin həyat yoldaşı Mareva Qrabovski-Mitsotakis, Monteneqro Baş nazirinin həyat yoldaşı Milena Spaiç, Estoniya Baş nazirinin xanımı Evelin Oras, Kanada Baş nazirinin həyat yoldaşı Diana Foks Karni, Almaniya kanslerinin həyat yoldaşı Şarlotta Merts, Belçika Baş nazirinin həyat yoldaşı Verle Heqqe, Lüksemburq Baş nazirinin həyat yoldaşı Maryoleyn Friden qatılıblar. Liderlərin xanımlarının iştirak etdiyi dəyirmi masada iki kişi qonaq xüsusilə diqqət çəkib. Bunlar Danimarka Baş nazirinin həyat yoldaşı Bo Tenqberq və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin həyat yoldaşı Hayko fon der Lyayen olub. Qeyd olunur ki, Koreya Respublikasının birinci xanımı Kim He Gön tədbirə Əminə Ərdoğanın əvvəlki Türkiyə səfəri zamanı ona hədiyyə etdiyi ənənəvi türk parçasından hazırlanmış şal və çanta ilə gəlib.

Şərh verin