Elvin yenidən əsas komandada (Video)

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev 4 ay sonra komandanın heyətində meydana çıxıb. Milli.Az xəbər verir ki, o, "Vestri"yə qarşı keçirilən matçın 65-ci dəqiqəsində oyuna daxil olub. E.Cəfərquliyev Bruno Lanqanı əvəz edib. Qeyd edək ki, Elvin Cəfərquliyev apreldə Qurban Qurbanov tərəfindən intizamsızlığa görə cəzalandırılıb əsas komandadan göndərilmişdi. Qurban Qurbanov yalnız komanda Avstriyaya təlim-məşq toplanışına gedəndə onu bağışlayıb səfərə aparmışdı. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)