Bakı Dairəvi avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq Milli.Az xəbər verir ki, Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib ki, məhdudiyyət aşağıdakı tarixlərdə tətbiq olunacaq: 10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək; 11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək. Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin