İranın 3 şəhərində partlayış baş verib
İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində bir neçə partlayış baş verib. Milli.Az xəbər verir ki, ölkənin cənub-şərqində yerləşən liman şəhəri Konarakda üç partlayış səsi eşidilib. Bununla yanaşı, İranın cənub-qərbində yerləşən Buşehr şəhəri və ona yaxın olan Çoqadak şəhərinin ətrafında daha iki partlayış qeydə alınıb. Hadisələr nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin